“Latsio”nun baş məşqçisi istefa verdi
12.03.2024 , 19:18

“Latsio”nun baş məşqçi Mauritsio Sarri vəzifəsindən istefa verib.
Korner.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının uğursuz çıxışlarına görə klubdan ayrılıb.
“Latsio” son beş oyunun dördündə uduzub.
Sarri 2021-ci il iyun ayından “Latsio”nu çalışdırırdı.
