“Latsio”da yeni baş məşqçi
18.03.2024 , 23:05

İtaliyanın “Latsio” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, A seriya təmsilçisi İqor Tudora həvalə olunub.
O, bu postda Sarrini əvəzləyib.
Müqavilənin detallari haqqında hələ ki, məlumat yoxdu.
