“Latsio”da ciddi itki
12.03.2024 , 11:09

İtaliyanın “Latsio” klubunun qapıçısı İvan Provedel sıradan çıxıb.
Korner.az-ın məlumatına görə, qolkiper dünən “Udineze” ilə matçda zədələnib. O, son dəqiqələrdə komandası korner başlayarkən rəqibin cərimə meydançasına gedib və orada zədələnib.
Provedelin hansı müddətə sıradan çıxdığı bilinmir.
