Fransa çempionatında 2014/2015 mövsümünün yekunlarına əsasən aşağı liqaya düşəcək ilk klub müəyyənləşib.
Korner.az-ın məlumatına görə, bu, cari mövsüm maliyyə problemləri ilə üzləşən “Lans” klubudur.
Fransa Liqasının 35-ci turunda səfərdə “Lill”ə 1:3 hesablı məğlub olan “Lans”ın aşağı liqaya düşəcəyi rəsmiləşib. Sona 3 tur qalmış turnir cədvəlində sonuncu yeri tutan “Lans” 17-ci pillədə qərarlaşan “Reims”dən 12 xal geri qalır.
Bununla da, oyunlara “Land of Fire Azerbaijan” forması ilə çıxan “Lans” növbəti mövsümdən Fransanın II liqasında mübarizə aparacaq.
