İspaniya Futbol Federasiyası La Liqa matçlarında oyun alqı-satqısından şübhələnərək araşdırmaya başlayıb.
Korner.az-ın məlumatına görə, təcrübəli advakatlara müraciət edən İspaniya Futbol Federasiyası, La Liqa və aşağı divizyonlardakı oyunları araşdırır. Ən maraqlısı isə şübhəli kimi bilinən oyunlardan biri bu həftə oynanılan "Espanyol" – "Sportinq" (Xixon) matçı göstərilir. Elitada qalmaq uğrunda mübarizə aparan "Sportinq" klubu "Espanyol" səfərindən 0:3 hesabı ilə qalib ayrılmışdı.