La Liqa klubundan yeni transfer
17.09.2020 , 17:25

İspaniyanın “Vilyarreal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin “Uotford” klubundan Pervis Estupinanı transfer edib.
Ekvadorlu müdafiəçi ilə 7 illik müqavilə imzalanıb. Pervis yeni komandasında “15” nömrəli formanı geyinəcək.
