La Liqa klubunda yeni müqavilə
06.03.2023 , 17:07

“Real Sosyedad”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, klub müdafiəçisi Arits Elustondo ilə müqavilənin müddətini uzadıb.
28 yaşlı futbolçu yeni sözləşməyə əsasən 2026-cı ilin yayına kimi La Liqa təmsilçisinin uğurları üçün çalışmağa davam edəcək.
