La Liqa klubunda yeni baş məşqçi
29.06.2023 , 12:38

“Rayo Valyekano”nun yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, komandanı bundan sonra Fransisko Xavyer Rodriqes çalışdıracaq.
O, bu vəzifədə istefaya göndərilən Andoni İraolanı əvəzləyib.
45 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
