La Liqa klubunda baş məşqçi ayrılığı
03.04.2023 , 17:31

“Espanyol”da baş məşqçi Dieqo Martines vəzifəsindən göndərilib.
Korner.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib.
“Espanyol” çempionatda 27 turdan sonra 27 xalla 17-ci sıradadır.
