Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Korner.az-ın məlumatına görə, Lənkəranda baş tutan matçda yığmamızın rəqibi Latviya olub. Hər hissədə iki dəfə fərqlənən millimiz matçdan 4:0 hesablı qələbə ilə ayrılıb. Millimizin qollarına Aysun Əliyeva (4), Sevinc Cəfərzadə (42-pen), Aliyə Vəliyeva (62), Süsən Məsimova (82) imza atıblar.
Qeyd edək ki, millimiz dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə Latviya yığmasıyla mayın 12-də yenidən qarşılaşacaq.