"Sevindirici haldır ki, Lənkəranda qadın futboluna da, maraq var". Korner.az-ın məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O, bildirib ki, Azərbaycanda 17 yaşadək qızlar arasında baş tutacaq dünya çempionatı yüksək səviyyədə təşkil olunacaq və bunu Lənkəranda səbirsizliklə gözləyir: "Lənkəran ölkəmizdə keçiriləcək dünya çempionatını səbirsizliklə gözləyir. Bu xoş bir haldır ki, stadionda qadın azarkeşləridə görə bilirik".