Kyellinin yeni iş yeri
17.01.2024 , 14:45

İtaliya millisinin sabiq müdafiəçisi Corcio Kyellinin yeni iş yeri məlum olub.
Korner.az xəbər verir ki, o, “Los-Anceles” akademiyasında məşqçi olacaq.
Bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.
