"Çelsi" ilə müqaviləsi başa çatdıqdan sonra bir müddət klubsuz qalan portuqaliyalı futbolçu Joze Boşsinqva özünə yeni iş yeri tapıb.
Korner.az-ın məlumatına görə, sağ cinah müdafiəçisi bu mövsüm etdiyi transferlərlə bütün diqqətləri öz üzərinə çəkən "Kvins Park Reyncers" klubunun şərəfini qoruyacaq.
Bu xəbər artıq klubun rəsmi saytında öz əksini tapıb. Qeyd edək ki, "Kvins Park Reyncers" komandası bu transfer üçün heç bir məbləğ ödəməyib.
