“Atletiko”nun qapıçısı Tibo Kurtua Çempionlar Liqasının yarımfinalında baş tutacaq “Çelsi” ilə oyun haqda açıqlama verib.
Korner.az-ın məlumatına görə, müqavilə ilə “Çelsi”yə məxsus olan qapıçı açıqlamasında “Barselona”ya da söz atıb:
“Atletiko”nun finala çıxmağını gözləyirəm. Çünki buna yaxınıq. Turun favoriti “Çelsi”dir, amma “Barselona” da favorit idi. Mən “Atletiko”da oynayıram, lakin klubum “Çelsi”dir. “Atletiko”da çempionluğu yaşamaq istəyirəm və bunun üçün 2 oyun qalıb. “Çelsi”nin isə Premyer Liqanın qalibi olmağını istəyirəm”.
