Kubokun qalibi məlum oldu
07.05.2024 , 16:48
.jpg)
“Araz-Naxçıvan” futzal üzrə Azərbaycan kubokunun qalibi olub.
Korner.az xəbər verir ki, “Araz-Naxçıvan” final matçında “Baku Fire”la üz-üzə gəlib.
Bakı İdman Sarayında baş tutan görüşün əsas hissəsi 5:5 hesabı ilə yekunlaşdığından, komandalar əlavə vaxt oynayıblar. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən, penaltilər seriyası baş tutub.
Burada isə “Araz-Naxçıvan” rəqibini 5:4 hesabı ilə məğlub edib.
