London “Çelsi”si Toni Kroos uğrunda gedən mübarizədən qalib çıxa bilib.
Korner.az “Daily Star”a istinadən məlumat verir ki,”Real”(Madrid) və “Mançester Yunayted”in şanslarının yüksək olmasına baxmayaraq London təmsilçisinin mübarizəyə qoşulması hər şeyi həll edib.
“Bavariya” klubu futbolçuya görə 20 milyon funt alacaq. Kroosun özünün məvacibi isə ilinə 7 milyon funt təşkil edəcək.
