Krivotsyukun komandasından heç-heçə
02.07.2023 , 09:02

Futbol üzrə Cənubi Koreya çempionatında 20-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” səfərdə “Seul”la qarşılaşıb. Oyun qolsuz heç-heçəylə başa çatıb – 0:0.
Anton start heyətdə meydana çıxıb və sonadək oynayıb. Millimizin üzvü 64-cü dəqiqədə sarı vərəqə də alıb.
“Daejeon” hazırda 28 xalla 6-cı pillədə qərarlaşıb.
