Dünən keçirilən “Fənərbağça” – “Qalatasaray” derbisindən sonra “sarı lacivərdlilər”in braziliyalı futbolçusu Baroni futbolçuya yaraşamayan hərəkət edib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o rəqibiylə formasını dəyiş-düyüş edib daha sonra isə həmin “Qalatasaray” formasını şortunun içinə salıb.
Bu hərəkət “sarı qırmızılı” azarkeşlərin qəzəbinə səbəb olub.
