Koutinyo Qətər klubundan gedir?
27.05.2024 , 22:17

“Əl-Duhail”in yarımmüdafiəçisi Filipe Koutinyo klubundan ayrılacaq.
Korner.az xəbər verir ki, futbolçu karyerasını Braziliyanın “Vaska da Qama” klubunda davam etdirmək fikrindədir.
Koutinyonun bu yay Qətər klubu ilə müqaviləsi başa çatacaq.
Bu səbəbdən oyunçu vətəninə qayıdıb, orada karyerasını davam etdirməyi fikirləşir.
