Konor rəqibini 40 saniyəyə nokaut etdi
19.01.2020 , 11:51

Sabiq UFC çempionu Konor Makqreqor növbəti döyüşünü keçirib.
Korner.az xəbər verir ki, irlandiyalı döyüşçü amerikalı Donald Serronla qarşılaşıb. Konor rəqibini cəmi 40 saniyəyə nokauta salıb.
Xatırladaq ki, Konor sonuncu dəfə rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşüb və uduzub.
