Konfrans Liqasında yarımfinalçılar məlum oldu
21.04.2023 , 02:11

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Korner.az xəbər verir ki, dörd qarşılaşma baş tutub.
Yarımfinala “Fiorentina”, “Alkmaar”, “Vest Hem” və “Bazel” vəsiqə qazanıb.
UEFA Konfrans Liqası
1/4 final mərhələsi, cavab oyunları
20 aprel
“Fiorentina” (İtaliya) – “Lex” (Polşa) – 2:3
Qollar: R.Sottil, 78, Q.Kastrovili, 90+2 – A.Sousa, 9, K.Velde, 65 (pen.), A.Sobieç, 69
İlk oyun – 4:1
“Alkmaar” (Niderland) – “Anderlext” (Belçika) – 2:0 (penaltilər 4:1)
Qollar: V.Pavlidis, 5, 13
İlk oyun – 0:2
“Vest Hem” (İngiltərə) – “Gent” (Belçika) – 4:1
Qollar: M.Antonio, 37, 63, L.Paketa, 55, D.Rays, 58 – H.Kuypers, 26
İlk oyun – 1:1
Nitsa” (Fransa) – “Bazel” (İsveçrə) – 1:2
Qollar: Q.Lyabord, 9 – J.Aqustin, 86, K.Adams, 98
İlk oyun – 2:2.
