Madrid "Real"ının futbolçusu Fabio Koentrao sabiq klubu "Benfika"ya geri dönəcəyini bildirdi. Korner.az-ın məlumatına görə, portuqaliyalı futbolçu hələ ki "Real2da xoşbəxt olduğunu deyərək bir gün "Benfika"ya dönəcəyini vurğuldaı:
"Benfika" mənim ən sevdiyim klubdur. Bir gün yenidən ora dönəcəyəm. Bunu karyeramı sonuc vaxtında deyil, formadaykən edəcəyəm".
Qeyd edək ki, Koentrao "Benfika"dan 30 milyon avro qarşılığında "Real"a (Madrid) transfer ounub.