Klubunu tərk edir
20.05.2024 , 22:46

“Bornmut”un futbolçusu Lloyd Kelli karyerası ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, oyunçu mövsümün sonunda komandasından ayrılacaq.
25 yaşlı futbolçu klubu ilə bitən müqaviləsini yeniləməyəcək.
Onunla “Nyukasl” yaxından maraqlanır. Klub artıq ingilis oyunçu ilə danışıqlara başlayıb.
“Sağsağanlar” futbolçunu azad agent statusu ilə heyətinə qatacaq.
