Klubuna geri döndü
27.05.2024 , 15:58

Mövsümü icarə əsasında “Başakşehir”də keçirən fransalı sağ cinah müdafiəçisi Leo Dubois “Qalatasaray”a qayıdıb.
Korner.az xəbər verir ki, bu barədə “Başakşehir”in yaydığı açıqlamada bildirilib.
Futbolçunun icarə müqaviləsi bitdikdən sonra klubuna geri dönüb.
Bu mövsüm “Başakşehir”də 31 liqa matçına çıxan 29 yaşlı Dubois bu matçlarda 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
