Klub prezidenti: “O, qalacaq”
02.04.2019 , 17:00

Madridin “Atletiko” klubunun prezidenti Enrike Sereso Antuan Qrizmannın başqa kluba keçidi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.
Fransalı hücumçunun yeni mövsüm klubda qalacağını deyən Enrike Sereso onu satmayacaqlarını bildirib
“Qrizmannın bizimlə müqaviləsi var. O, bizim üçüm önəmli futbolçudur. Ona görə də onu satmaq fikrimiz yoxdur.”
Qeyd edək ki, Qrizmann bu mövsüm 40 görüşə çıxıb və 18 qol vurub.
