Avropa liqası

“Kimin nə qədər qol vuracağı önəmli deyil” – Linus Hallenius

06.11.2019 , 21:53

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”ı qəbul edəcək Kiprin APOEL klubunun hücumçusu Linus Hallenius oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Korner.az xəbər verir ki, forvard oyuna qələbə qazanmaq üçün çıxacaqlarını bildirib:

“Eyni komanda ilə tez-tez oynamaq adi hal deyil. “Qarabağ”la əvvəlki oyunlarda qədər üç fərqli nəticə əldə etmişik. Onların necə oynadığını və bizim necə oynamaq istədiyimizi bilirik. Fərqli oyun olacaq. Meydana çıxdığım hər bir oyunda qol vurmaq istəyirəm. Bu, komandaya kömək etmək üçün hücumçunun işidi. Əsas hədəfimiz üç xaldı. Kimin nə qədər qol vuracağı önəmli deyil. Ümid edirəm ki, bu oyunda bizi dəstəkləməyə çoxlu azarkeş gələcək. Onların dəstəyini gözləyirik”.

Son yazılar

Yuxarı