Kevin de Bruyn: “Tarix yaza bilərik”
26.02.2019 , 17:34
“Mançester Siti” klubunun yarımmüdafiəçisi Kevin de Bruyn qarşıdakı oyun və kuboklar barədə danışıb.
Belçikalı futbolçu hazırda mübarizə apardığı turnirlərlə bağlı bunları deyib.
“Mümkün olan 4 kubokdan birini qazanmışıq. Hər birini qazana bilmək çox çətin görünür. Biz bunu bacara bilsək, adımızı tarixə yazdırmış olacağıq. Bundan qabaq heç bir klub bir mövsüm ərzində 4 kuboku muzeyinə apara bilməyib.
Qeyd edək ki. “Mançester Siti” “Çelsi” ilə görüşdə oyun sonrası penaltilər seriyasında qalib gəlib və İngiltərə liqa kubokuna sahib çıxıb.