“Keşlə” klubundan ayrılan futbolçulardan birinin adına rəsmən aydınlıq gəlib. Məqsəd İsayev paytaxt klubunun sıralarını tərk edib.
23 yaşlı futbolçu karyerasını paytaxtın “Sabah” klubunda davam etdirəcək. O, Premyer Liqanın debütantı ilə 1 illik sözləşmə imzalayacaq.
Qeyd edək ki, Məqsəd İsayev “Keşlə”yə “Neftçi” klubundan transfer olunub.