“Keşlə”dən püşkə münasibət
10.08.2020 , 17:54

“Keşlə”nin baş məşqçi əvəzi Zaur İsmayılov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Püşkün nəticəsinə əsasən, Azərbaycan təmsilçisi Albaniyanın “Laçi” klubu ilə üz-üzə gələcək. Bununla əlaqədar Z.İsmayılov “Keşlə”nin mətbuat xidmətinə deyib:
“Avropa Liqasında asan rəqib yoxdu. Oyuna çox ciddi hazırlaşmalıyıq. Artıq “Laçi” komandasını analiz etməyə başlamışıq. Bilirik ki, çox yaxşı futbolçulara malik bir kollektivdir. Bütün xətlərdə güclü oyunçuları var”.
