“Keşlə” və “Sumqayıt”ın oyununun vaxtı açıqlandı
12.08.2020 , 13:04
![](https://korner.az/wp-content/uploads/2020/08/764027F4-F33C-4CF1-BD3A-3955099C042F.jpeg)
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Sumqayıt” və “Keşlə”nin I təsnifat mərhələsindəki oyununun başlama saatı açıqlanıb.
Korner.az xəbər verir ki, “Sumqayıt” – “Şkendiya” (Makedoniya) görüşü saat 20:00-da start götürəcək. Bu qarşılaşma “Sumqayıt”ın öz meydanında baş tutacaq.
“Keşlə” – “Laçi” (Albaniya) qarşılaşması isə saat 21:00-da başlayacaq. Bu görüş də “Keşlə”nin öz arenasında keçiriləcək.
Avroliqadakı digər təmsilçimiz “Neftçi”nin Makedoniya “Şkupi”si ilə oyununun başlama saatı isə ötən gün açıqlanıb. 8-ci km stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək.
Hər 3 matç avqustun 27-də keçiriləcək.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)