«Biz bundan əvvəl «Neftçi»ylə oyunda rəqibin cərimə meydançasına 38 ötürmə etmişdik, «Neftçi»də isə bu rəqəm 27 idi. Amma istədiyimizə nail olmamışdıq.
Korner.az-ın məlumatına görə, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze "Neftçi" ilə oyundan sonra deyib.
Gücrüstanlı mütəxəssis futbolçularının təcrübəsinin azlığının bu uğursuzluqda rol oynadığını söyləyib:
"Növbəti oyunlara kimi bu problemi təhlil edib aradan qaldırmalıyıq. Bu gün futbolçularımız əziyyət çəksə də, son nöqtəni qoya bilmədik. Bundan sonra çempionat oyunlarında uğurlu nəticə göstərib Avroliqaya düşməyə çalışacağıq».