İspaniya millisinin qolkiperi İlker Kasilyas AÇ-turnirində ən güclüözləri olduğunu bildirib.
Korner.az-ın məlumatına görə, AVRO 2008 – in və 2010 -cu ildə Cənubi Afrika Respublikasında təşkil olunan Dünya çempionatının qızıl mükafatçısı olan "buğalar" Ukrayna və Polşada keçiriləcək AÇ-nı da qalib kimi başa vurmaq istəyirlər. Millilərini güclü rəqiblərin gözlədiyini deyən Kasilyas ümumilikdə bu cür danışıb: "Yenə ən böyük biz olacıyıq. Oyunumuza heç kimin şübhəsi ola bilməz. Səviyyəmiz göz qabağındadır".
