"Real"ın (Madrid) qolkiperi İlker Kasilyas "Bavariya" qarşısında şok yaşadıqlarını bundan sonra bütün fikirlərini İspaniya La Liqasına yönəldəcəklərini deyib. Korner.az-ın məlumatına görə, penalti vuruşları sonrası rəqibinə boyun əyən "kral klubu"nun qapıçısı Kasilyas fikirlərini mətbuatla bölüşüb.
"Bizim üçün həqiqətən şok oldu. Finala yüksəlmək istəyirdik. Lakin alınmadı penalti zərbələri bildiyiniz kimi bəxt işidir. "Bavariya" güclü komandadır ."
