İngiltərə Premyer Liqasında çempion olan "Mançester Siti" gələn mövsüm üçün heyətini gücləndirməyə çalışır.
Korner.az-ın məlumatına görə, gözünü "Milan"ın hücumçusu Zlatan İbrahimoviçə dikən "şəhərlilər" isveçli futbolçuya maraqlı təklif göndərməyə hazırlaşır. "Mançester Siti" rəhbərliyi İbrahimoviçə qarşı Karlos Tevez, Mario Balotelli və 25 milyon funq sterlinqi gözdən çıxardığı bildirilir.
Qeyd edək ki, isveçli forvard bu mövsüm çıxdığı 32 matçda 28 qol vurmağı bacarıb.