Karateçilərimizdən Gürcüstanda 13 medal
11.06.2024 , 21:42

Gənc və yeniyetmə karateçilərimiz Gürcüstanda keçirilmiş ” Open Gergia” beynəlxalq turnirində uğurla çıxış ediblər.
Korner.az xəbər verir ki, təmsilçilərimiz yarışı 3 qızıl, 4 gümüş və 6 bürünc medalla başa vurublar. Turnirdə 6 ölkədən ümumilikdə 700-ə yaxın idmançı mübarizə aparıb.
Yarışda beynəlxalq dərəcəli hakim Vüqar Kərimovla yanaşı, məşqçilər- Əbülfət Qarayev, Vüsal İsrafilov, Siyavuş Bayramov, Rüstəm Əkbərov, Mais Mədətov və Tərlan Cavadov da ölkəmizi təmsil ediblər.
