"Bizi çox çətin oyun gözləyir. Ancaq biz qorxmuruq. Çünki APOEL-i 3:1 hesabıyla udmaqla nəyə qadir olduğumuzu göstərdik".
Korner.az-ın məlumatına görə, bu sözləri Serbiyanın "Blik" qəzetinə açıqlamasında "Neftçi"nin hücumçusu Nikolas Kanales deyib.
"Blik"in Azərbaycan çempionatında gözləniləni verə bilməməsi ilə bağlı sualına Kanalesin cavabı belə olub: "Mən tənqidlərlə maraqlanmıram. Mühüm olan qələbə qazanmaqdı. Qalan şeylərin heç bir fərqi yoxdu. Baş məşqçimiz mənə güvənir və şans verir ki, nəyə qadir olduğumu göstərim".
