FIFA U-17 qadınlararası dünya çempionatında iştirak edəcək komandaların Azərbaycana gəlişi artıq başlayıb. Korner.az-ın məlumatına görə, ölkəmizə ilk təşrif buyuran komanda Kanada yığması olub.
Mundial iştirakçısını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi maskotu Top Top Qız qarşılayıb. Top Top Qızın təqdim etdiyi gül dəstələrini aldıqdan və kollektiv şəkil çəkdirdikdən sonra komandanın üzvləri qalacaqları otelə yola düşüb.
Kanada yığması qonaqpərvərliklə qarşılanmalarından məmnun olduqlarını bildirib.
