Aftandil Hacıyev və Emin Cəfərquliyevin ardından "Sumqayıt" daha bir futbolçunu heyətinə qatıb. Korner.az-ın məlumatına görə, Sumqayıt Futbol Məktəbinin yetirməsi olan və 2011/12 mövsümünü "Kəpəz"də keçirən Sabir Allahquliyev yeni klubu ilə 1+1 sistemi üzrə müqavilə imzalayıb.
Qeyd edək ki, 24 yaşlı Allahquliyev ötən mövsüm Gəncə təmsilçisinin heyətində Premyer Liqada 27 qarşılaşmada meydana çıxıb və rəqib qapılarından 3 top keçirib.