“Kəpəz”in futbolçusu mükafatlandırıldı
14.04.2024 , 18:56
“Kəpəz”in futbolçusu Martins Junior “Ayın qolu” layihəsində mart ayının qalibi olduğu üçün mükafatlandırılıb.
Korner.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin Misli Premyer Liqasının 26-cı turunda “Neftçi”nin qapısına vurduğu qol ən yaxşı seçilib.
Bu gün Misli Premyer Liqasının 30-cu turunda “Səbail”lə matçdan öncə Martins Junior Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov tərəfindən mükafatlar təqdim olunub.