“Kəpəz” üçün təlim
04.05.2023 , 12:50

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Antidopinq maarifləndirmə proqramı” çərçivəsində “Kəpəz”in əsas heyətinin üzvləri üçün təlim keçirib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təlimdə iştirakçılara təməl antidopinq bilikləri – dopinq anlayışı, antidopinq qayda pozuntuları, dopinq testi və təmiz idman dəyərləri haqqında geniş məlumat verilib, oyunçuları maraqlandıran suallar cavablandırılıb.
