"Əvvəla UEFA və FİFA-ya şikayət söhbəti yoxdur. İkincisi də Lyubo Baranin cəmi 3 oyun keçirib komandada".
Bu sözləri Korner.az-a açıqlamasında "Kəpəz"in mətbuat katibi Məqsəd Rəhimov deyib. Klubdan maaşını ala bilməməsini əsas göstərərək komandadan ayrılan serbiyalı Lyubo Baraninlə bağlı danışan klub rəsmisi, futbolçunun müqaviləsinə qarşılıqlı xitam verdiklərini deyib:
"Baranin cəmi 3 oyun keçirib. Aylarnan futbol oynamır ki, desin maaşımı ala bilmirəm və yaxud hansısa problem var. Sadəcə razılıq əsasında müqavilə şərtləri pozuldu və Baranin getdi. Bununla bağlı klub rəsmi məlumat verəcək. Amma yenə deyirəm qaldı maaş məsələsinə cəmi 18 gündür ki, o "Kəpəz"də futbol oynayır, hansı gecikmədən danışa bilər?!".
