“Kəpəz” “Neftçi” ilə heç-heçə etdi
09.03.2024 , 19:42

Bu gün Azərbaycan Premyer Liqasında XXVI turun daha iki oyunu keçirilib.
Korner.az xəbər verir ki, günün ilk matçında “Kəpəz” “Neftçi” ilə qarşılaşıb. Görüş 3:3 hesablı heç-heçə ilə bitib.
Günün digər oyununda autsayder “Qəbələ” Masazırda “Sabah”ın qonağı olub. Görüş “Sabah”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan Premyer Liqası
XXVI tur
9 mart
15:00 Kəpəz – Neftçi – 3:3
Baş hakim: Rəvan Həmzəzadə
Tovuz şəhər stadionu
17:30 Sabah – Qəbələ – 2:1
Baş hakim: İnqilab Məmmədov
“Bank Respublika Arena”
