"Qoqa Beraya və İrakli Beraya qardaşları "Kəpəz"in düşərgəsindədir".
Bu sözləri Korner.az-a açıqlamasında "Kəpəz"in mətbuat katibi Məqsəd Rəhimov deyib. Rəhimovun sözlərinə görə, onlar hələ yoxlanışdadırlar:
"Bundan əvvəl baş məqşçi Fuad İsmayilov 4 futbolçunu istəmədi və geri qaytardı. Hal-hazırda Qoqa və İrakli komandanın düşərgəsindədir. Böyük ehtimalla onlarla müqavilə bağlayacağıq. Sadəcə hələ rəsmi qərar alınmayıb. Qarşıda ikitərəfli oyunlar olacaq".
Qoqa Beraya ilə İrakli Beraya 2005-2006-cı il mövsümündə "Kəpəz"də çıxış etmişdilər. Qoqa son mövsümü, ÇL-in II təsnifat mərhələsində təmsilçimiz "Neftçi"yə rəqib olan "Zestafoni"nin heyətində keçirib.