"Kəpəz" qapıçısı ilə müqaviləsini uzadacaq.
Korner.az-a etibarlı mənbədən daxil olan məlumata görə, klub Xəyal Zeynalovla müqavilə müddətini uzatmağı düşünür. Çox vaxt ehtiyatda qalmasına baxmayaraq gəncəlilər əlcək sahibinin xidmətində maraqlıdırlar. Əldə etdiyimiz məlumata görə Zeynalov özü də qalmağın tərəfdarıdır.
Qeyd edək ki, bu mövsüm müqaviləsi başa çatacaq olan Xəyal Zeynalov 2008-2009 cu ildən bu yana "Kəpəz"in şərəfini qoruyur.
