"Kəpəz" yeni mövsümə hazırlıqlarını davam etdirir. Korner.az-ın məlumatına görə, Gəncə təmsilçisinin baş məşqçisi Fuad İsmayılov baxışda olan iki futbolçu haqda qərar verib. Bolqarıstandan gələn türk əsilli İrfan Hüseyn, “Rəvan”dan tanıdığımz Sergey Çerneşov iki tərəfli oyun zamanı özlərini yaxşı tərəfdən göstərə bilməyiblər.
Hər iki futbolçu bəyənilməyərək geri göndərilib.
