Gəncənin “Kəpəz” komandası gəncləşdirmə planlarını həyata keçirməyə başlayıb. Korner.az Xemsefan.com-a istinadən xəbər verir ki, əvəzedicilərdən ibarət komandadan altı futbolçu əsas heyətə cəlb olunub. Bunlardan ikisi müdafiəçi Təbriz Hüseyinli və Mehman Məmmədov, 4-ü isə yarımmüdafiəçi Emin Əliyev, Nicat Məmmədov ,Elvin Həsənəliyev və Məhərrəm Hüseynovdu.