big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Jurnalistlər “Neftçi” – “Qarabağ” oyunu haqda nə düşünür? (SORĞU)

27.09.2013 , 10:28

Sabah Topaz Premyer Liqasında VIII turun mərkəzi oyunu keçiriləcək.

Korner.az-ın məlumatına görə, “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edəcək.

Görüşə marağı nəzərə alıb həmkarlarımızın bu görüşlə bağlı fikirlərini öyrəndik.

Rəşad Ergün (KomandA qəzeti): “Neftçi” “Qarabağ” oyununu son iki ildə avrokuboklarda uğurla çıxış etmiş iki komandanın oyunu kimi də xarakterizə etmək olar. Üstəlik bu komandalar cari mövsümdə çempionluğa ən iddialılardır. Son turda hər iki klubun xal itirməsi heç-heçəni onlar üçün arzuolunmaz nəticəyə çevirib. Amma məncə, heç-heçə olması ehtimalı böyükdür”.

Şamo Quliyev (apasport.az): “Milli çempionatın iki daimi iştirakçısının dueli hər zaman maraq doğurub. Adətən, bu tip qarşılaşmalar mövsümün sonuna təsadüf edəndə intriqa daha böyük olur. Ancaq hazırda həm “Neftçi”, həm də “Qarabağ”ın qələbəyə çox ehtiyacı var. Bu matçın mahiyyəti 3 xal olaraq qiymətləndirilməməlidir. Qalib gələn komanda gücünü göstərməklə yanaşı motivasiya əldə edəcək. Ancaq indiki vəziyyətdə əsas məsələ uduzmamaqdır.
“Neftçi” sonuncu oyunu evində keçirsə də, “dişinə uyğun” “Sumqayıt”ı məğlub edə bilmədi. “Bakı”ya 3-0 hesablı məğlubiyyəti də nəzərə alsaq, baş məşqçi əvəzi Tərlan Əhmədovun üzərində böyük təzyiq var. Onun bu posta təyinatı baxımından ağdamlılarla duel həlledici ola bilər.
“Qarbağ”a gəlincə, Qurban Qurbanovun komandası Avroliqada “Ayntraxt”la səfər matçından sonra premyer liqada çıxdığı ardıcıl 3 oyunda qələbə qazana bilməyib. Bu isə çempionluğa oynayan bir komanda üçün uğurlu bir qrafik deyil. Ağdam klubu üçün “qara zolaq”dan çıxmaq 3 xaldan önəmlidir”.

Rəsul Şükürsoy (köşə yazarı): “Oyunda üçüncü barmaq olmasa bütün kompanentlərdə “Qarabağ” favoritdir. “Neftçi” çempionatı baş məşqçisiz keçirir. Klubun rəhbər şəxsləri danışanda “məşqçilər korpusu” deyirlər. Bəxtiyar Musayev, Kamal Quliyev və Tərlan Əhmədovdan ibarət məşqçilər korpusu… Mən hesab edirəm ki, bu korpus lakonik ifadə olunur. Sadıq Sadıqovla, Tahir Süleymanovun da adları əlavə olunmalıdır. Böyükağa Hacıyev baş məşqçi olanda da belə idi. 
Qısası belə komanda olmaz. Belə komandanın uğuru “üçüncü barmaqsız” – AFFA-sız, PFL-siz mümkün deyil. “Neftçi”ni premyer liqada oynayan heç bir komandaya qarşı ciddi rəqib hesab etmirəm. “Qarabağ”a qarşı, ümumiyyətlə, ciddi rəqib deyil. Mənim təmiz futbol olacağı ümidilə proqnozum “Qarabağ”ın qələbəsidir”.

Kənan Məstəliyev (rekord.az): “Çempionluğa iki ən böyük namizəd qarşılaşır. “Bakı”, “Qəbələ” və son zamanlar “Xəzər Lənkəran” fəallaşsa da, qızıl medallar üçün mübarizənin bu cütlük rasında gedəcyini düşünürəm. “Neftçi” və “Qarabağ”ın az qala xal itkiləri də paraleldi. Şənbəgünkü matç hər iki komanda üçün böyük əhəmiyyət daşıyır, ancaq klassik 6 xallıq matç deyil. Çünki çempionat hələ təzə başlayıb, öz axarına yavaş – yava. düşməkdədir. Meydanda sona qədər mübarizənin gedəcəyini, amma bunun müəyyən əndazədən kənara çıxmayacağını düşünürəm. Qələbəyə daha yaxın tərəf “Neftçi”dir. “Qarabağ” yalnız “ağ qaralar”ın qısamüddətli anlaşmazlıqlarında yararlanıb xala ümid edə bilər”.

Son yazılar

To Top