İspaniya Gürcüstanı darmadağın etdi
01.07.2024 , 00:53

Avro-2024-də 1/8 final mərhələsi davam edir.
Korner.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. Bununla da 1/4 finalın növbəti 2 iştirakçısı müəyyənləşib.
Əvvəlcə İngiltərə millisi Slovakiya ilə üz-üzə gələcək. Görüş ingilislərin 2:1 hesablı qələbəsi ilə bitib.
Günün digər oyununda isə İspaniya yığması turnirin debütantı Gürcüstan millisi ilə qarşılaşıb. “Rayn-Energi” stadionunda keçirilən görüşdə ispanlar 4:1 hesablı qələbə qazanıb.
Avro-2024, 1/8 final
30 iyun
20:00. İngiltərə – Slovakiya – 2:1
Qollar: Bellingem, 90+5, Keyn, 93 – Şrants, 25.
Baş hakim: Halil Umut Meler (Türkiyə)
“Veltins Arena”
23:00. İspaniya – Gürcüstan – 4:1
Qollar: Rodri, 39, F.Ruis, 51, N.Uilyams, 75, D.Olmo, 83 – L.Norman, 18 (avtoqol)
Baş hakim: Fransua Letekse (Fransa)
“Rayn-Energi” stadionu.
