Jurnalistlər arasında “İdman günü”nə həsr olunan şahmat turniri keçirildi
28.02.2022 , 16:07

Azərbaycan Şahmat Federasiyası və Azərbaycan İdman Jurnalistləri Federasiyasının təşkilatçılığı ilə idman jurnalistləri arasında “5 mart Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunan turnir keçirilib.
Korner.az xəbər verir ki, turnirin açılış mərasimində Vətən müharibəsi şəhidləri və dünyasını dəyişən jurnalistlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ardınca “5 mart Bədən Tərbiyəsi və İdman günü”n tarixi və əhəmiyyəti barədə danışılıb, media nümayəndələrinin idmanın inkişafında mühüm rolu qeyd edilib.
“İdman birləşdirir” şüarı ilə təşkil edilən şahmat yarışında ilk gedişi dünyadan vaxtsız köçən tanınmış jurnalist, televiziya aparıcısı Elnur Əşrəfoğlunun övladı Mətin Şükürov edib.
İsveçrə sistemi üzrə 9 turdan ibarət şahmat yarışında müxtəlif media orqanlarını təmsil edən 22 idman jurnalisti mübarizə aparıb.
İlk üç yeri tutan iştirakçılara diplom, pul mükafatı, “Azərçay”, P&G, “Cinema Plus”dan qiymətli hədiyyələr təqdim olunub.
