İngiltərə premyer liqasının son turunda “Evertona (0-1) və ÇL-də “Bazel”ə (1-2) uduzan Mourinyonu ingilis mətbuatı kəskin tənqidlərə məruz qoyub.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, öz açıqlamasında bəzi tənqidlərlə razı olduğunu, amma bir çoxunu vecinə belə almadığını deyib.
Portuqaliyalı mütəxəssis hələ heç nəyin itirilmədiyini və məqsədlərinə çatacaqlarına əmin olduğunu da vurğulayıb.